Təhsil Nazirliyi təhsil-tələbə krediti götürən, lakin ödənişi etməyən tələbələrlə bağlı məsələyə münasibət bildirib.
yasamal.tv xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev danışıb.
O qeyd edib ki, tələbələrə təhsil müəssisəsini bitirdikdən sonra iki il ərzində güzəşt ediləcək: “Təhsil müddəti bitəndən sonra güzəşt dövrü gəlir. Bu dövr iki ildir. Bunu təhsildən əmək bazarına keçid dövrü də adlandıra bilərik. Tələbə bu dövrdə işləməyə başlayacaqsa, ondan kredit borcunu tələb edəcəyik. O dövrdə işləməyəcəksə, ondan kredit tələb olunmayacaq və faiz hesablanmayacaq. Əgər kreditin ödənməməsi ilə bağlı hal olarsa, həmin vəsait məhkəmə qaydasında tələbədən alınacaq”.