“WhatsApp”da növbəti yenilik

18

“WhatsApp” messenceri səsli mesajlarla işləmək üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

yasamal.tv xəbər verir ki, söhbət audio mesajların oxudulmasını bir yarım, iki dəfə sürətləndirməkdən gedir.

Əvvəllər bu funksiya gələn səsli qeydlər üçün əlçatan idisə, artıq göndərilən səslərə də daha sürətli şəkildə qulaq asmaq mümkün olacaq.

Bu funksiya WhatsApp-ın iOS üçün son beta versiyada əlavə edilib və hazırda inkişaf etdirilir.

Yenilik daha sonra “Android”lər üçün də əlçatan olacaq.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin