Azərbaycanlı qapıçı Eldar Tağızadə Fransanın “Klermon” klubunun U-19 komandasında növbəti matçına çıxıb.
yasamal.tv xəbər verir ki, qolkiperin formasını geyindiyi kollektiv gənclər arasında çempionatın 12-ci turu çərçivəsində “Paris”i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start “11-lik”də yer alan və sonadək oynayan Eldar isə bu görüşdə komandasının ən yaxşı futbolçusu seçilib.