Ukrayna: Rusiya hücuma hazırlaşır

12

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın ölkəsinə qarşı hücuma hazırlaşdığını bildirib.

yasamal.tv xəbər verir ki, bu barədə o, “Military Times” nəşrinin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, Rusiya Ukrayna sərhədinə 92 mindən çox hərbçidən ibarət qoşun toplayıb və 2022-ci ilin yanvar ayının sonunda hücuma keçə bilər.

Budanov Rusiyanın artilleriya qurğuları və zirehli texnika ilə hücuma başlayacağını, daha sonra desanr əməliyyatına keçəcəyini vurğulayıb.

Ukraynanın kəşfiyyat rəsmisi Rusiyanın psixoloji əməliyyat keçirəcəyini də istisna etməyib.

O, ABŞ və Ukrayna kəşfiyyatlarının Rusiyanın hücuma keçəcəyi tarixlə bağlı proqnozlarının oxşar olduğunu qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin