Futbol üzrə Fransa Liqa 1-də XIV turun “Lion” – “Marsel” görüşü yarımçıq qalıb.
yasamal.tv-ın məlumatına görə, buna yerli komanda azarkeşlərinin qonaqların futbolçularına oynamaq imkanı verməmələri səbəb olub.
5-ci dəqiqədə hesab 0:0 ikən “Marsel” künc zərbəsi yerinə yetirməyə başlayarkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.
Baş hakim Rüddi Büke komandaları meydandan çıxarıb.
Hələlik matç bərpa olunmayıb.