Emin mahnılarından 1 ildə qazandığı məbləği açıqladı

10

Xalq artisti Emin Ağalarov “Business FM”ə müsahibəsi zamanı internet platformasından illik gəlirini açıqlayıb.

yasamal.tv xəbər verir ki, müğənni mahnılarının onlayn satışının yaxşı olduğunu bildirib. Emin qeyd edib ki, 1 ildə mahnılarının internet üzərindən satışından təxminənə 1 milyon dollar (1,7 milyon manat) gəlir götürür.

İfaçı əlavə edib ki, bu, heç də yüksək rəqəm deyil. O, gənc ifaçıların daha çox qazandığını vurğulayıb:

“Çünki onların auditoriyası böyükdür və mahnıları məşhurdur. Onlar birinci yerdə tez-tez olurlar. Onları qısqanmıram. Artıq mən yaşlanıram, 42 yaşım olacaq. Gənc auditoriyanın və ya bütün təbəqənin qəlbini fəth edəcək hit hazırlamaq qeyri-mümkündür. Amma buna baxmayaraq musiqi yaşamağa davam edir, ondan böyük biznes qurmağı düşünmürəm. Bunu öz həvəsim üçün edirəm. Sevinirəm ki, mənim öz auditoriyam var. Konsertim və konsert turum olacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin