“Səhvi olanda belə qapısına gedib barışmışam”

12

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva “Gündən-günə” verilişində qonaq olublar.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, Əmrah Asya ilə tanış olduğu anı belə xatırlayıb:

“Asiyanı birinci dəfə görəndə dedim ki, bu qızla evlənəcəyəm. Ürəyimdən belə bir hiss keçdi. Üç il yarım bundan əvvəl. Elə iki il qabaq, noyabrın 13-də “hərimiz” olmuşdu. Toy da olacaqdı, amma karantinə düşdü.

Artıq 4 ildir münasibətdəyik. Bu müddət ərzində bir-birimizdə bəyənmədiyimiz xarakterlər var ki, uyğunlaşdırıb, yoluna qoymuşuq”.

Əmrah münasibətlərində kimin od, kimin su olduğu ilə bağlı suala “Mən suyam” deyə, cavab verib.

“Heç vaxt olmayıb ki, küsülülüyümüz 2 günü keçsin. Asyada da səhv olsa, məndə də heç vaxt günahkar axtarmıram. Onun belə səhvi olsa, axşam evinə gedib deyirəm ki, “Gəl, barışaq”. Düzdür, əvvəldən səhv etmişəm. Bunu heç kimə məsləhət görmürəm. Çünki özü səhv edəndə də gözləyir ki, mən gələcəyəm qapısına” – deyə, Əmrah vurğulayıb.

Qeyd edək ki, bu gün cütlüyün toyudur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin