Ağırlıqqaldırma üzrə millimiz 7-17 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməli olan dünya çempionatında iştirak edə bilməyəcək.
yasamal.tv-ın xəbərinə görə, buna səbəb avqustdan etibarən baş məşqçisiz qalan milli komandamızda yeni təyinatın olmamasıdır.
Nəticədə Azərbaycandan heç bir idmançının adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim olunmayıb.
Qeyd edək ki, daha əvvəl 5-12 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş gənclərin dünya çempionatında Azərbaycanı heç kim təmsil etməmişdi.(oxu.az)