İspaniyada naməlum kişi barda bıçaqla insanlara hücum edib.
yasamal.tv-ın məlumatına görə, hadisə Barakaldo şəhərində (Basklar ölkəsi) qeydə alınıb.
Qeyd edilir ki, o, əvvəlcə bıçaqla barın sahibinə hücum edib, sonra isə qarşıdurmaya müdaxilə etməyə çalışan müştərini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Cinayətkar bundan sonra ayaqyoluda barrikada qurub.
Hadisə yerinə gələn polis əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr mühasirəyə alınıb.