44 günlük Vətən müharibəsində şəhid olmuş Zərdab rayonunun Hüseynxanlı kənd sakini baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun ildönümü qeyd olunub.
Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Hüseynxanlı kəndində anım mərasimi keçirilmişdir.
yasamal.tv xəbər verir ki,mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və idman idarəsinin rəisi, Təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olunmuş, onun əziz xatirəsi ehtiramla anılmış, ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış,atasına və qohumlarına başsağlığı verilmişdir.
Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki,Baş leytenant Ağaqardaş Abbasov 28 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Vətən sağ olsun!(qanunla.az)