“Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib”.
yasamal.tv xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.
“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, – o vurğulayıb.
N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunacaq.