“Qalatasaray” məşqlərə başladı

14

“Qalatasaray”  koronavirus pandemiyasına görə dayandırdığı məşqlərini bərpa edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün hazırlığa başlayıb. Futbolçuların  sosial məsafə və təcrid qaydalarına uyğun məşq keçdikləri bildirilib.

Qeyd edək ki, “Qalatasaray” mart ayında, 26-cı turda dayandırılan Superliqada 50 xalla 3-cü pillədə qərarlaşıb. Lider “Trabzonspor”un 53 xalı var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin