TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət edib.
yasamal.tv xəbər verir ki, qurum artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanıldığını bildirib. Bu məqsədlə, COVID-19 xəstəliyindən sağalan vətəndaşları qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırıb.
Donor olmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankına yaxınlaşa bilər.