Mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyən edilib

11

Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

yasamal.tv-ın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin