Uşaqlar ananın əlindən alındı

9

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və gəlini Canananın növbəti məhkəməsi baş tutub.

yasamal.tv xəbər verir ki, hakim ayrılan cütlüyün 3 övladının qəyyumluğu ilə bağlı qərar verib. Qərara əsasən Tuncay, Ruhlan və Mətanət atada qalıb.

Canana Axşam.az-a açıqlamaslnda bildirib ki, qərarla bağlı şikayət edəcək:

“Hakim qərar verdi ki, uşaqlar atada qalmalıdır. Mənim uşaqlarımı heç bir psixoloq olmadan dindiriblər. Bu necə ədalətdir? Necə qərar verilə bilər? Onlar körpədir, anadan ayrı necə qalacaqlar? Hər yerə şikayət edəcəm, lazım gələrsə, Avropa məhkəməsinə gedib çıxacam”.

Canana bildirib ki, dünən baş tutan məhkəmədə uşaqlar atası ilə qalmaq istədiyini deyib:

“Uşaqları öyrədib gətiriblər. Ruhlan deyir, onları seçirəm, mənə “playstation” alacaqlar. Tuncaya deyirəm nə üçün belə qərar verdin? Cavab verir ki, sənə yük olmayım, onlar pulu rahat qazanırlar. Sən isə çox işləməlisən, istəmirəm əziyyət çəkəsən. Pul insan həyatını idarə edir, balanı anadan ayrı salır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin