“Saakaşvili seçkilərdən sonra gündəmdən düşəcək”

7

“Saakaşvili Gürcüstan və Ukrayna arasındakı münasibətlərdə xoşagəlməz hal yaradan yeganə amildir”.

yasamal.tv xəbər verir ki, bunu ölkənin “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

Lider partiyanın sədri bu gün keçirilən birifinq zamanı ukraynalı vəkil Yevgeni Qruşoveçin Gürcüstana buraxılmaması məsələsinə də münasibət bildirib.

Bununla yanaşı, Kobaxidze sözügedən məsələ ilə bağlı jurnalistlərin suallarına birmənalı cavab verə bilməyib. Onun sözlərinə görə, hadisənin səbəbini “müvafiq qurum” açıqlamalıdır.

O bununla yanaşı, vurğulayıb ki, bu məsələ iki ölkə arasındakı münasibətlərə heç cür təsir etməyəcək və bu münasibətlərdə xoşagəlməz hal yaradan yeganə şey Saakaşvili amilidir.

Kobaxidze belə hesab edir ki, Saakaşvili yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turundan sonra gündəmdən düşəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin