Məhkəmə Hüquq Şurasına iki yeni üzv qəbul edilib.
yasamal.tv xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.
Məlumatda bildirilir ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub:
“Həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb və həmin namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbər
ov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər”.
Xatırladaq ki, Məhkəmə Hüquq Şurasının 13 üzvü var. Şuranın sədri isə ədliyyə naziri Fikrət Məmmədovdur.