Cəlilabadda yol qəzası: 4 yaralı

9

Cəlilabad rayonunda yol qəzası baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili ilə “VAZ-2106” markalı minik maşını toqquşub. Nəticədə biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Onlardan biri Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb.

Hazırda hadisənin təfərrüatı və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin