Bu gün – 11 oktyabr Ağcabədi rayonunun Minəxorlu kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Hacıyev İntiqam Eynullah oğlunun doğum günüdür.
yasamal.tv xəbər verir ki, İntiqam Hacıyevin bu gün 23 yaşı tamam olur. O, Xocavənd uğrunda gedən döyüşdə iştirak edib və 13 oktyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra ölkə başçısı İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamına əsasən, “Vətən Uğrunda” medalı ilə təltif olunub. Döyüş yoldaşları onun qəhrəmanlığından bu gün də fəxrlə danışırlar.
Şəhidimiz Ağcabədi rayonu Minəxorlu kəndində dəfn olunub.
Nur içində yatsın, Cənnətdəki ilk doğum günü mübarək olsun!