Musiqili Teatr mövsümü “O olmasın, bu olsun” tamaşası ilə açacaq

11

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı oktyabr ayı üçün repertuarını açıqlayıb.

Teatrdan “Report”un sorğusuna cavab olaraq bildirib ki, ilk tamaşa oktyabrın 30-u saat 19:00-da nümayiş etdiriləcək.

Teatr 112-ci mövsümünü “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşası ilə açacaq.

Oktyabrın 31-i saat 19:00-da isə mərhum sənətkar, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə həsr olunacaq “Qızıl Toy” (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin