Pakistanda avtobus qəzaya uğrayıb: 7 ölü

10

Pakistanın Pəncab vilayətində sərnişin avtobusunun estakadadan aşması nəticəsində 7 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.

yasamal.tv xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Beş nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada keçinib.

Xəsarət almış bütün şəxslər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin