“Aygün Kazımova kimi edə bilmərəm” – Nura Suri

15

“Həyatımda övladlarımdan başqa insanların imzası yoxdur. Arzularım 19 yaşına qədər olub. Ondan sonra bütün arzularım uşaqlarımla bağlı olub. Mənim arzularım özüm üçün yox, uşaqlarım üçündür. Mənim üçün ən ali hiss analıqdır. İlk və son məhəbbətim gec olub. Davidin (kiçik oğlu – red.) atasında əsl məhəbbəti hiss etmişəm, onunla da bağlanıb gedib. Ondan əvvəlkiləri isə sevgi bilmişəm, amma elə deyilmiş”.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri Kazım Sübhanın “Özəl” verilişində deyib. İfaçı övladlarından danışıb. O bildirib ki, erkən ailə qurmağın tərəfdarı deyil:

“Deyirlər ki, insan gənc yaşında ailə qurmalıdır. Bu fikir yanlışdır. Kimisə görüb bəyənibsə, o demək deyil ki, həmin şəxsi sevir. Hər hansısa bir münasibətdə etibar yoxdursa, orada heç nə ola bilməz.

İnsanlar robotlaşıb. Hisslər keçib arxa plana. Maddiyata bağlı olublar, xeyir gördükləri insanın üzünə gülürlər. Kiminsə yanında əyilirlər, əzilirlər, yaltaqlanırlar. Heç öz ailəsinə, anasına, atasına, övladına bu cür hörmət qoymur. Bunları qəbul edə bilmirəm. Kimdənsə işim keçirsə üzünə gülüm? Üzlərinə gülmədiyim üçün də illər kanallarda qadağada olmuşam. Özümə hörmətim qalsın, vecimə deyil. İnsanı özündən başqa heç kəs yaxşı tanımır. İnsan özünə hörmət qoymalıdır.

İnsanlar var ki, öz həyatını qurmaq üçün hər vasitədən istifadə edirlər. Uşaqlıqdan bu günə kimi formalaşan bir xüsusiyyətim var. Sözün düzünü deyirəm, düşmən qazanıram. Buna görə də gecələr rahat yata bilirəm. Yaltaqlana bilmərəm. Əgər pulum yoxdursa, evdə oturacam, nəyimisə satacam”.

Nura sənətə hobbi kimi baxdığını deyib. O bildirib ki, fədakarlıqlar edə bilməz:

“Müğənni olmamışdan əvvəl şou-biznes üzvləri ilə dostluq edirdim. Çünki ortaq dostlarım var. Həyat yoldaşım, anam, atam restorana gəlirdi. Faiq Ağayev, Manana, Zülfiyyə Xanbabayeva, Rəhim Rəhimli ilə tanışlığımız var idi. Sənətə gəldikdən sonra onların mənə münasibəti dəyişdi. Bu sənətə hobbi kimi baxıram. Aygün Kazımova kimi hər şeyimi sənətə qurban verə bilmərəm. Borca girmərəm, evimi satıb konsert verə bilmərəm. Öz pulum, imkanım ilə sənətə gəlmişəm. Bilsəydim ki, istedadım yoxdur, bu aləmə girməzdim”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin