“ABŞ-a qətiyyətlə cavab veriləcək” – İrandan silah xəbərdarlığı

11

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı məsələ qaldırılmasının əleyhinədir.

yasamal.tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

“Ümid edirik ki, bu, reallaşmayacaq. Bunun baş verməyəcəyini hiss edirik, amma baş verərsə, İran uyğun və qətiyyətli şəkildə cavab verəcək”,- deyə Musəvi ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmağı planlaşdırmasına dair sualı cavablandırıb.

ABŞ dövlət katibi Mayk Pompeo isə ölkəsinin İrana qarşı silah embarqosunun vaxtının uzadılması, eləcə də Tehranın Rusiya və ya Çindən silah almasına mane olmaq üçün lazımı addımlar atacağını qeyd edib.(azvision.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin