İsmayıllıda ağır qəza: Yaralılar var

10

İsmayıllı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, İsmayıllı-Qaraməryəm yolunun 17-ci kilometrliyində VAZ-2112 və VAZ-2106 markalı avtomobilləri toqquşub.

Nəticədə VAZ-2112-də olan sərnişin Göyçay rayonu Qaraməryəm kənd sakini Miriyev Maarif Nəcəf oğlu, VAZ-2106-nın sürücüsü, İsmayıllı rayonu Təzəkənd kənd sakini Məmmədrzalı Xudaverdi Adıgözəl oğlu və sərnişin qismində olan bir yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin