Gəncədə qətl hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızını bıçaqla qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Cinayəti törədən qadının saxlanılması istiqmətində əməliyyat-axtarış işləri gedir.
İlkin məlumata görə, hər iki qadın qonşu olub. Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə baş vermiş qətlin təfərrüatları məlum olub.
Hadisəni törədən 1980-cu il təvəllüdlü Əhmədova Məhəbbət Qədir qızı ruhi-əsəb xəstəsi olub.
Qonşuların verdiyi məlumata görə, hər iki qadının əvvələr də aralarında mübahisə olub. Məlumata görə, M.Əhmədova S.Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub. (apa)