Qazaxda maşın ağaca çırpıldı: yaralılar var

18

 

Qazaxda avtomobil qəzası baş verib.

yasamal.tv xəbər verir ki, hadisə rayonun Çaylı kəndinə gedən yolda olub. “Vaz” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 3 nəfər kənd sakini xəsarət alıb.

Bunlar 1989-cu il təvəllüdlü Qapaqov Əzəmət Heydər oğlu, 1989-cu il təvəllüdlü Bənnayev Fərid Faiq oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Məmməd Mustafa oğludur. Yaralılardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin