Bitkoin kritik səviyyədən ucuzlaşdı

9

Həftə sonu qısa müddətlik 48 min dollar səviyyəsinə yaxınlaşan bitkoin bu səviyyəni üstələyə bilmədiyi üçün yenidən ucuzlaşmağa başlayıb və hazırda 45 dollarlıq kritik səviyyədən aşağı icra olunur.

yasamal.tv banco.az-a istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 3,2% ucuzlaşmaqla 44 min 393 dollara enib.

Halbuki həftənin əvvəlində investorlar 50 min dollar səviyyəsini proqnozlaşdırırdılar.

Ethereum da oxşar olaraq 2,3%-lik ucuzlaşma ilə 2 min 990 dollara düşüb.

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 74-ünda dəyər itkisi müşahidə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin