“İnstaqram”da yeni funksiya

11

İnstaqram sosial şəbəkəsi “Limits” (Sərhədlər) adlı yeni funksiyasını təqdim edib.

yasamal.tv xəbər verir ki, “Limits” təhqir və təqiblərlə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Belə ki, funksiyada sözügedən xarakterli bütün rəy və mesajlar avtomatik şəkildə silinəcək.

Sosial şəbəkənin yeni funksiyası avqustun sonunda bütün əməliyyat sistemlərində tətbiq ediləcək.