““Taliban” iddia edir ki, Əşrəf Qəni Əfqanıstan Prezidenti olduğu müddətdə hakimiyyətlə danışıqlar aparmayacaqlar”.
yasamal.tv xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan İslamabadda bir qrup xarici jurnalistə müsahibəsində bildirib.
“3-4 ay bundan əvvəl “Taliban”ın yüksək vəzifəli şəxsləri Pakistana səfər etmişdi. Onlarla Əfqanıstan hakimiyyəti ilə danışıqların indiki vəziyyətini də müzakirə etdik. “Taliban” liderləri Əşrəf Qəni prezident olduğu müddətdə hakimiyyətlə danışıqlar aparmayacaqlarını bildirdilər”, – İmran Xan vurğulayıb.
Pakistanın hökumət başçısı bildirib ki, Əfqanıstan hakimiyyəti ABŞ-ı danışıqların davam etdirilməsinin vacibliyinə inandırmağa çalışır: “ABŞ 20 il burada oldu. 20 ildə nə etdi ki, indi nə eləsin?”.
İ.Xan deyib ki, ABŞ qüvvələri Əfqanıstan hakimiyyətini dəstəkləmək üçün “Taliban”ın mövqelərini havadan bombalayıb: “Avqustun 30-dan sonra bu dəstəyin davam edib, etməyəcəyi isə aydın deyil”.
Hökumət başçısı ABŞ-ın ölkəsində baza yaratmasına da münasibət bildirib: “Əfqanıstandan çıxandan sonra ABŞ-ın Pakistanda hərbi baza saxlamasını istəmədiyimizi açıq şəkildə bildirmişik”.(report)