“Sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”.
yasamal.tv xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiya-delimitasiyası ilə bağlı danışarkən deyib. Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. O, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, – N.Paşinyan söyləyib.(report)