Daha bir ölkə Belarusla sərhədini gücləndirir

10

Polşa Belarusla sərhədinin mühafizəsini gücləndirir.

yasamal.tv xəbər verir ki, bu barədə məlumatı Polşa hökumətinin mətbuat katibi Petr Müller açıqlayıb. Məlumata əsasən, Polşa sərhədçiləri son zamanlar Belarusdan qanunsuz miqrant axınında artım müşahidə edib. Sərhədçilərin məlumatına görə, bu il ərzində sərhədin Belarus hissəsində artıq 871 qanunsuz miqrant saxlanılıb. 2020-ci ildə isə bu göstərici ümumi olaraq 122 nəfər təşkil edib.

Bununla yanaşı, Petr Müller Polşanın Belarusla sərhəd boyu divar tikib-tikməyəcəyi ilə bağlı məlumatının olmadığını vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin