“Müharibə başlasa, hökumətimizə inanmayacağıq” – Gevorqyan

9

Tanınmış erməni ictimai fəal, hərbi məsələləri araşdıran Aram Gevorqyan ölkəsindəki acınacaqlı durumdan gileylənib.

yasamal.tv xəbər verir ki, Gevorqyan yerli mediaya verdiyi açıqlamada xalqın rəzil duruma düşdüyünü, hökumətə isə ciddi şəkildə inamsızlığın yarandığını söyləyib. O, heç kimin Müdafiə Nazirliyinin yaydığı məlumatlara etibar etmədiyini bildirib.

-Müharibə zamanı hər kəs ölkəyə kömək etmək üçün əlindən gələni etdi. Hamı fikir ayrılıqlarını bir kənara qoydu. Bəs indi necədir? İndi aydın oldu ki, müharibəyə başlayan xainlər hakimiyyətdə olduqları müddətcə bu xalq müharibə günlərində olduğu kimi heç vaxt birləşməyəcək. O yerə çatmışıq ki, müharibə başlasa belə, artıq mövcud hökumətə inanmayacağıq və onun ətrafında birləşməyəcəyik. Bizi elə bir günə saldılar ki, bu gün Müdafiə Nazirliyinə çağırsalar, bu çağırışı saxta hesab edərik. Bunu qəbul etmək nə qədər ağrılı olsa da, müharibə dəhşətləri zamanı sülh dövründən daha çox birləşmişdik.(azvision.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin