Türkiyəli müğənni Seda Sayan ziynət əşyası mağazasından çıxarkən müxbirlərlə söhbət edib.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sənətçi müxbirlərin “Qızılları yatırım üçün alırsınız” sualına belə cavab verib:
“Yatırım üçün heç vaxt qızıl almaram. Ya bəyəndiyimi alaram, ya da dəyişdirərəm”.
Sənətçi sosial şəbəkədə şəkillərini fotoşop edilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib:
“Şəkillərdə dəyişiklik etməyi sevirəm. Bəzən gülmək üçün edirəm. Gülmək üçün etdiklərimə bəziləri tez reaksiya verir. Tənqid etməklərinə fikir vermirəm”.