Maaş və pensiyaların artırılmasına baxıla bilər

10

Son günlər bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. Qiymət artımından şikayətlənən vətəndaşlar dövlət qurumlarına səslənərək neqativ halların qarşısının alınmasını, süni bahalaşmaya səbəb olan amillərin aradan qaldırılmasını tələb edilər.

Bundan əlavə, pensiya və əmək haqlarının artırılması ilə bağlı təkliflərə də rast gəlmək olar.

İndiki məqamda pensiyalarda artım gözlənilə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında qiymət artımı barədə şikayətlər aldığını bildirib:

“Maaş və pensiyaların artırılması ilə bağlı bizə xeyli sayda məktublar ünvanlanır. Qiymət artımı var, bunu heç kim inkar edə bilməz. Yanacağın qiymətinin artması ilə suyun və qazın qiymətində də artımlar oldu. Nəticədə ərzaqaların qiyməti artdı”.

Deputat hesab edir ki, pensiyaların artırılması məsələsinə baxıla bilər: “Maaş və pensiyaların artması ilə bağlı məsələyə ikinci yarımildə baxmaq olar”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin