On səkkiz milyona yaxın əfqan kəskin böhran vəziyyətində yaşayır.
Militribuna.az xəbər verir ki, bu barədə iyulun 28-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstana dəstək üzrə Missiyasının başçısı (ƏDBMTM) Debora Laynos Kabildə Prezident sarayındakı çıxışı zamanı Əfqanıstan hakimiyyəti ilə görüşündə bəyan edib.
«Mən, ilk növbədə «Taliban»ın bu yaxınlardakı təklifi barədə danışmıram – Layons izah edib – Bu da bizi narahat edir, amma hər şeydən çox narahat oluruq ki, 18 milyon əfqan hazırda kəskin hümanitar böhranla qarşılaşıb. Bu, bir il əvvəl olduğundan iki dəfə çoxdur – bu, ölkə əhalisinin yarısıdr. Bu insanlar indi koronavirus pandemiyasının dördüncü dalğasını yaşayırlar, uzunmüddətli quraqlıq şəraitində və hərbi qarşıdurmanın kəskinləşməsi şəraitində gün keçirirlər. Bizim dinc əhalinin müdafiəsi üzrə bu yaxınlardakı yarımillik hesabatda qeyd etmişik ki, bu dövrdə heç vaxt olmayan qədər çox əfqan həlak olub və bu, ötənilki göstəricidən iki dəfə artıqdır. Günah əsasən «Taliban» hərəkatının üzərinə düşür. Sərhəd məntəqələri üzərində hökumt nəzarətinin itirilməsi xüsusi narahatlıq doğurur. Hazırda sərhəd məntəqələri «Taliban» hərəkatının nəzarəti altındadır, ötən il hökumətə əhəmiyyətli gəlir gətirib, təxminən büdcənin bütün gəlirlərinin üçdə biri qədər. Beynəlxalq donorlar Əfqanıstana hümanitar kömək göstərməyə hazırdırlar, amma bunun üçün təcili olaraq, dayanıqlı sülh yaratmaq və humanitar təşkilatlara ölkənin bütün rayonlarına giriş imkanı yaratmaq lazımdır».
Layons taliblərə xəbərdarlıq edib ki, əgər Dohada davam edən sülh danışıqlarında proqres olmasa, dünyada heç kim taliblərlə işləməyəcək. «Əgər danışıqlar masası arxasında taliblərin nəzarət etdikləri rayonlarda pozulma halları baş verərsə və daha pisi, vəhşilik, o zaman «Taliban»a beynəlxalq birlik tərəfindən həyati əhəmiyyətli həmkar kimi baxılmayacaq» – Layons deyib.
O, xatırladıb ki, taliblər ələ keçirdikləri ərazilərdə həm də öhdəliklər qazanıblar.
«Dünya taliblərin fəaliyyətini diqqətlə izləyir, xüsusilə də mülki əhaliyə, qadınlara və azlıqlara yönəlik. Son illər taliblər Dohadakı danışıqların sayəsində müəyyən legitimlik əldə ediblər. Amma bu legitimlik onların Əfqanıstan hökuməti ilə apardığı siyasi danışıqlara sadiqliyinə əsaslanır. Heç bir fond, heç bir ölkə qadınlara yönəlik repressiyaları, azlıqların diskriminasiyasını, təhsilin qadağan olunmasını və ya avtoritar hökuməti maliyyələşdirməyəcək. Onlar bunu ona görə etməyəcəklər ki, bu, BMT və beynəlxalq birliyin normalarına ziddir, həm də ona görə ki, bu məhdudiyyətlər üzərində qurulmuş dövlət öz vətəndaşlarının maraqlarından çıxış edə bilməz və etməyəcək».