“Qarabağ” yeni transferini açıqladı

11

“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni heyətinə qatıb.

yasamal.tv xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq “Sabah”da çıxış edib. Daha əvvəl müdafiəçinin Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçidi baş tutmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin