Çində daşqınlar: 73 nəfər ölüb

12

Çinin Henan əyalətində leysan yağışları və daşqınlar nəticəsində həlak olanların sayı 73 nəfərə yüksəlib.

yasamal.tv xəbər verir ki, rəsmi statistikaya görə, təbii fəlakət zonasında 13 milyona yaxın insan olub. Hakimiyyət orqanları təhlükəli rayonlardan 1,47 milyon nəfəri təxliyə edib. Təbii fəlakətdən təxminən bir milyon hektar kənd təsərrüfatı sahələri zərər görüb, 17 mindən çox müxtəlif tikili dağılıb, 41,3 min tikiliyə isə ciddi zərər dəyib. Ölkəyə dəyən birbaşa iqtisadi zərər artıq 88,53 milyard yuana (təqribən 13,63 milyard dollar) çatıb.

Qeyd edək ki, iyulun 17-də Çinin mərkəzi hissəsində yerləşən Henan əyaləti güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Çjençjou şəhəri zərər çəkib.(azərtac)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin