Naxçıvanda yeni verilmiş kreditlər 26% artıb

12

Bu ilin I yarısında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 107,7 milyon manat kredit verib.

yasamal.tv xəbər verir ki, bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2% çoxdur.

Yeni verilmiş kreditlərin 13,7 milyon manatı və yaxud 12,7%-i qısamüddətli, 94 milyon manatı və yaxud 87,3 %-i uzunmüddətli kreditlərdir. Son 1 ildə qısamüddətli kreditlər 4 milyon manat və yaxud 41,7 %, uzunmüddətli kreditlər isə 18,3 milyon manat və yaxud 24,2% artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin