Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.
yasamal.tv xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o, ölüb.
19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.(report)