Elektrik enerjisi yaradan köynək hazırlanıb

15

İspaniyanın Malaqa Universitetinin tədqiqatçıları insan bədəninin və ətraf mühitin temperaturunun arasındakı fərqin müqabilində elektrik enerjisi yaradan ucuz köynək hazırlayıblar.

yasamal.tv xəbər verir ki, bu köynək Genuyadakı İtaliya Texnologiya İnstitutu ilə birgə ərsəyə gətirilən parçadan hazırlanıb. Onun materialı sudan, pomidor qabığından alınan etanoldan və karbon nanozərrəciklərindən ibarətdir. Bu qarışıq qızdırıldıqda pambıq təbəqəsini yumşaldır və yapışdırır, tellur, germanium və ya qurğuşun kimi elektrik xüsusiyyətlərini əldə edir.

Hazırda italyan tədqiqatçısı Pietro Kataldinin başçılıq etdiyi bir qrup alim parçaların tikilməsində quraşdırıla bilən qurğuların yaradılması ilə məşğuldurlar. Gələcəkdə bu material biotibbdə və “elastik” robot texnikası tətbiqetmələrində də əksini tapa bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin