Ermənistan NATO təlimlərindən imtina etdi

20

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda planlaşdırılan təlimlərinə qatılmayacaqlar.

yasamal.tv xəbər verir ki, bu barədə yerli mediaya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, çoxmillətli hərbi təlim olan “Agile Spirit 2021” 26 iyul – 6 avqust tarixlərində keçiriləcək. Bir müddət öncə isə NATO-nun mətbuat xidməti, təlimlərdə Gürcüstan və ABŞ-la yanaşı, 13 NATO ölkəsindən, alyansın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə ilə Azərbaycandan olan hərbçilərin iştirak edəcəyinin planlaşdırıldığını söyləmişdi.

Xatırladaq ki, keçmişdə Ermənistan dəfələrlə NATO-nun Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edib.(azvision.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin