Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, Kərimov Abbas Şəmil oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.