Yaponiya imperatoru Naruhito Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək və tədbir zamanı nitq söyləmək niyyətindədir.
yasamal.tv xəbər verir ki, o, açılışdan bir gün öncə – iyulun 22-də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxı ziyarət etmək istəyir. İyulun 23-də isə imperatorun xarici dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub.
Lakin Naruxito azarkeşlərlə bağlı qadağa səbəbindən yarışlarda tamaşaçı qismində iştirak etməyəcək.
Qeyd edək ki, olimpiada 23 iyul – 8 avqustda keçiriləcək.