İnstagram sosial şəbəkəsi Security Checkup funkisyasını işə salıb.
yasamal.tv xəbər verir ki, yeni xidmət istifadəçi hesablarının daha çox təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu barədə şirkətdən edilən açıqlamada deyilir.
“Bu gün biz insanların İnstagram hesablarını qorumalarına kömək etmək üçün təhlükəsizlik yoxlanışı funkisyasını aktivləşdiririk. Security Checkup hesabları sındırıla bilən insanlara hesabı qorumaq üçün lazım olan bir neçə addımdan keçməyi təklif edəcək”.
Instagram ayrıca hesab təhlükəsizliyi üçün iki faktorlu identifikasiyadan istifadə etməyi, bir telefon nömrəsi və poçt əlavə etməyi tövsiyə edir ki, sosial şəbəkə lazım olduqda istifadəçi ilə əlaqə saxlaya və hesabı bərpa edə bilsin.