Məşhur müğənni vəfat etdi

21

Ukraynanın tanınmış müğənnisi, “Freestyle” qrupunun solisti Nina Kirso 56 yaşında vəfat edib.

Azvision.az xəbər verir ki, bu barədə İnstaqramda musiqi qrupunun üzvü Sergey Kuznetsov məlumat verib.

Onun sözlərinə görə, sənətçi ağır xəstəlikdən dünyasını dəyişib.

“Kirso “Freestyle” qrupunun yaradılmasında birbaşa iştirak edib. Onun ifasında mahnılar qrupun bütün albomlarında yer alıb. O, təkcə SSRİ-də deyil, dünyanın bir çox ölkəsində tanınıb və sevilirdi”, – deyə Kuznetsov yazıb.

Xatırladaq ki, “Freestyle” qrupu 1988-ci ildə yaradılıb. Kirso yarandığı gündən qrupda çalışıb. 1992-ci ildə solo karyerasına başlayıb, xəstəliyə tutulana qədər qrupun vokalçısı olaraq qalıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin