ABŞ-ın Dallas şəhərində keçirilən hərracda yeni rekord qeydə alınıb.
yasamal.tv-ın məlumatına əsasən, “Legend of Zelda” videooyununun nadir nüsxəsi 870 min dollara alıcı tapıb ki, bu da indiyədək videooyunlara görə ödənilən ən yüksək məbləğdir.
Məlumata əsasən, satılan nüsxə 1987-ci ildə məhdud sayda buraxılıb.
Qeyd olunub ki, öncəki rekord da məhz bu videooyunla bağlı olub. Belə ki, bu ilin aprel ayında “Legend of Zelda”nın 1986-cı il nüsxəsi 660 min dollara satılıb.