Məhkəmə türkiyəli model-aparıcı Deniz Akkaya barəsində həbs qərarı çıxarıb.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sosial media fenomeni, iş adamı Selin Ciğerci onu və həyat yoldaşı Gökhan Çırayını təhqir edən ifadələr işlətdiyini iddia edərək Deniz ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə modelə qarşı üç aylıq tədbir qərarı çıxarıb.
Lakin qərarı pozduğuna görə yenidən onun barəsində məhkəməyə müraciət edilərək, bu dəfə həbs olunması istənilib.
Belə ki, Akkayanın qatıldığı proqramların birində cütlüyə qarşı işlətdiyi təhqirlər davam edib. O, yeni qərara etiraz etsə də, məhkəmə bununla razılaşmayıb. Kifayət qədər dəlil təqdim edilmədiyi bildirilib və əmri pozması səbəbindən 3 gün müddətinə həbs yatacaq.