Ucarda mikroavtobusla yük avtomobili toqquşub: 5 ölü

10

Ucar rayonunda baş verən yol qəzasında ölən şəxslərin adları məlum olub.

yasamal.tv-ın xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Shacman” markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü N.Axundov və sərnişinləri olan Zaqatala rayon sakinləri – 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar ölüblər.

Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin