Baku TV-də yayımlanan “Üzbəüz” verilişinin budəfəki qonağı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev olub.
yasamal.tv xəbər verir ki, verilişdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliklər müzakirə olunub.
Deputat Musa Quliyev qanunda dəyişikliklərin baş verməsini zəruri edən səbəbləri açıqlayıb.
Verilişdə həmçinin kimlərin əlillik statusundan məhrum edilməsi, əməyin mühafizəsi ilə bağlı qəbul olunan milli standart, işəgötürənlərin qarşılaşdığı problemlər, vətəndaşa dövlətin etdiyi güzəştlərdən söhbət açılıb.