Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

12

İclasın əvvəlində Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq. Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinləniləcək.

yasamal.tv xəbər verir ki, iclasda, həmçinin Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə, Torpaq Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, Mənzil Məcəlləsinə, “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında”, “Elm haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və digər qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq.

Ümumilikdə iclasın gündəliyinə 27 məsələ daxildir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin